Ağdamın Yusifcanlı kəndində minaya düşənlərin sayı 6 nəfər olub.
7times.az-ın məlumatına görə, onlardan biri artıq dünyasını dəyişib. Bu, Hüseynov Razi Akif oğludur. Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb.
Minaya düşənlərdən Hüseynov Bayram Akif oğlunun da həlak olduğu məlum olub.
Yaralılardan biri isə Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb.
18:27
Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.
7times.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.
qazfqazinfo
Follow @7timesaz