Ölkə

Almaniya razılaşdı – 25 min qaçqın qəbul edəcək

Almaniya razılaşdı – 25 min qaçqın qəbul edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Əfqanıstandan olan 25 min qaçqını qəbul edəcəyinə söz verib.

7Times.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Johanssonun üzv ölkələrə ünvanladığı məktubda bildirilib.

dekabr tarixli məktubda Aİ-nin daxili işlər üzrə komissarı üzv dövlətləri 2022-ci ilin sonuna qədər qaçqınların qəbul olunması ilə bağlı vədlərini yerinə yetirməyə çağırıb.

“Risk altında həssas qrupdan olan insanlar və qaçqınlar təhlükəsiz və ləyaqət içində yeni həyata başlamaq üçün getmələrini gözləyirlər”, – Aİ rəsmisi məktubunda bildirib.

Bu sənədə görə Almaniya 25 000 əfqan qaçqını, Hollandiya 3 100-dən çox qaçqını qəbul etməyə razılaşıb. Sənədə əsasən, Fransa və İspaniya 2500, İsveç isə 2000 nəfəri qəbul edəcək. /Publika.az