Dünya

Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaq

Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi KfW İnkişaf Bankı vasitəsi ilə Ukraynanın energetika infrastrukturuna 100 milyon avro ayıracaq.

“7Times.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i nazirliyə istinadən xəbər verib.

Ayrılacaq vəsait bu il ayrılan 60 milyon avroya əlavədir. Bu vəsait Enerji birliyinin energetika dəstəyi fondunun hesabına (Ukraine Energy Support Fund, UESF) daxil olacaq.

2022-ci ilin fevral ayından fonda 1,3 milyard avrodan çox vəsait yığılıb. Ukraynanın energetika infrastrukturunun bərpasını təmin edən Fondun əsas donoru Almaniyadır.