“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) bağlanması Rusiya Prezidenti Vladimir Putinin xeyrinə olacaq”.
7Times.az bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok deyib.
“Məhkəmə indi öz işini davam etdirə bilməyəcəksə, bu, Putin üçün ən böyük sevinclərdən biri olacaq”, – deyə “RİA Novosti” Berbokdan sitat gətirib.
Bundan əlavə, nazir beynəlxalq hüququn və BCM-nin işinin dəstəklənməsinin Almaniyanın beynəlxalq təhlükəsizlik sahəsində ən yüksək prioritetlərindən biri olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar haqqında fərman imzalayıb. O, qurumun qanunsuz və əsassız hərəkətlərə yol verdiyini bildirib.
Follow @7timesaz