Dünya

Almaniyada karantin rejimi yumşaldılır

Almaniyada karantin rejimi yumşaldılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 16 dekabrdan tətbiq edilmiş sərt karantin rejiminin yumşaldılmasına dair qərar verilib.

7times.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel bununla əlaqədar olaraq 10 saat davam edən iclas keçirib. İclasdan sonra bir çox sahədə məhdudiyyətlərin ləğv edilərək, karantin rejiminin yumşaldıldığı açıqlanıb.

10 saatlıq iclasın ardından Angela Merkel açıqlamlar verib:

“2021-ci il yazı 2020-ci ilin yazından daha gözəl olacaq. Artıq peyvəndimiz, testlərimiz və təcrübəli səhiyyə işçilərimiz var. Avropa ölkələrinə nisbətən Almaniya olaraq yaxşı vəziyyətdəyik. Ölkəmiz ikinci dalğaya da birlikdə mübarizə apararaq qalib gəldi. Üçüncü dalğaya qarşı da birlikdə mübarizə aparacayıq. Lakin yoluxma sayları artarsa yenidən məhdudiyyətlər tətbiq edəcəyik”.

Elmir Kərimli