İdman

Almaniyadan gözlənilməz məğlubiyyət – DÇ-2022

Almaniyadan gözlənilməz məğlubiyyət – DÇ-2022backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulub.

7times.az xəbər verir ki, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçirilib.

B qrupunda İspaniya millisi Kosovonu 3:1 hesabı ilə məğlub edib. Yunanıstan isə Gürcüstanla qarşılaşmada qələbəni əldən verib. C qrupunda İtaliya Litvaya minimal hesabla qalib gəlib. Şimali İrlandiya – Bolqarıstan görüşündə qapılara qol vurulmayıb.

Son dünya çempionu Fransa səfərdə Bosniya və Herseqovina üzərində çətin qələbə qazanıb. D qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri sülhə razılaşıblar.

F qrupunda lider Danimarka səfərdə Avstriyanın qapısından 4 cavabsız top keçirib. Şotlandiya Farer adalarını, İsrail isə Moldovanı darmadağın edib.

I qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olub. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski zədə səbəbindən qonaq komandaya kömək edə bilməyib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Xalsız yığmalardan Andorra evdə Macarıstana, San Marino isə Albaniyaya uduzub.

J qrupunda lider Almaniya evdə Şimali Makedoniya ilə bacarmayıb. Autsayderlərdən Lixtenşteyn isə İslandiyaya məğlub olub. Ermənistan isə Rumıniyaya qalib gəlib.

DÇ-2022, seçmə mərhələ
III tur
31 mart

B qrupu

22:45. Yunanıstan – Gürcüstan – 1:1

22:45. İspaniya – Kosovo – 3:1

Xal durumu: İspaniya – 7, İsveç – 6, Yunanıstan – 2 (2), Gürcüstan – 1, Kosovo – 0 (1)

C qrupu

22:45. Litva – İtaliya – 0:1

22:45. Şimali İrlandiya – Bolqarıstan – 0:0

Xal durumu: İtaliya – 9, İsveçrə – 6 (2), Litva – 0 (2), Şimali İrlandiya – 1 (2), Bolqarıstan – 1

D qrupu

22:45. Bosniya və Herseqovina – Fransa – 0:1

22:45. Ukrayna – Qazaxıstan – 1:1

Xal durumu: Fransa – 7, Finlandiya – 2, Ukrayna – 3, Bosniya və Herseqovina – 1 (1), Qazaxıstan – 1 (1)

F qrupu

22:45. Şotlandiya – Farer adaları – 4:0

22:45. Avstriya – Danimarka – 0:4

22:45. Moldova – İsrail – 1:4

Xal durumu: Danimarka – 9, Şotlandiya – 5, Avstriya – 4, İsrail – 4, Farer adaları – 1, Moldova – 1.

I qrupu

22:45. San Marino – Albaniya – 0:2

22:45. Andorra – Macarıstan – 0:4

22:45. İngiltərə – Polşa – 2:1

Xal durumu: İngiltərə – 9, Macarıstan – 7, Albaniya – 6, Polşa – 4, Andorra – 0, San Marino – 0

J qrupu

20:00. Ermənistan – Rumıniya – 3:2

22:45. Lixtenşteyn – İslandiya – 1:3

22:45. Almaniya – Şimali Makedoniya – 1:2

Xal durumu: Ermənistan – 9, Almaniya – 6, Şimali Makedoniya – 6, Rumıniya – 3, Lixtenşteyn – 0, İslandiya – 0.