Almaniya müdafiə naziri Boris Pistorius Ukrayna paytaxtı Kiyevə gözlənilməz səfər edib.
7Times.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
O, Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, dünən Almaniya Ukrayna tərəfinə ilk “RCH 155” tipli özüyeriyən artilleriya qurğusunu təhvil verib. B.Pistorius bildirib ki, bu, Ukraynanın Almaniyaya arxalana biləcəyinə işarədir.
Follow @7timesaz