“Kuvalda” ayamalı qadın may ayında hamilə qalıb, avqust ayında ərə getdiyini bəyan edib…”
Peşəkarlar arasında boks üzrə sabiq dünya çempionu Natalya Roqozinanın sentyabrın 1-də qızı olub.
Moderator.az xəbər verir ki, bu barədə 46 yaşlı eks-idmançı qadın özünün “İnstagram” səhifəsində danışıb.
Dünyaya gələn körpəyə Anastasiya adı verilib.
“Kuvalda” (“ağır çəkic”) ayamalı sabiq çempion qadın hamiləliyin gedişinə nəzarət və doğuş üçün Təl-Əvivin tibb mərkəzlərindən birini seçib.
İsraildə Roqozina Herslidə ev kirayə edib. Onun 21 yaşlı oğlu var.
Sabiq idmançının hamilə olması barədə may ayından bəlli olub.
Avqust ayında o, ərə getdiyini bəyan edib, lakin ərinin şəxsiyyəti barədə heç nə deməyib.
2015-ci ildə Amerika KİV-ləri Rusiya prezidenti Putinlə Roqozinanın, guya, romantik münasibətləri olması barədə məlumat verib.
Belə şayiələrə səbəb kimi məşhur çempion qadının sambo üzrə Soçidə keçirilən turnirdə Putinlə birgə fəxri qonaqlar üçün lojada olması göstərilib.
Rusiya KİV-ləri həmçinin qeyd edib ki, Roqozina Putinlə birgə Soçidə həvəskar komandalar festivalında eyni xokkey komandasında oynayıb.
Follow @7timesaz