Dünya

Anasını Messiyə təklif etdi – Dünya bu uşaqdan danışır – FOTO

Anasını Messiyə təklif etdi – Dünya bu uşaqdan danışır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 3-cü turun ilk oyunları keçirilib.

7Times.az Milli.Az-a istinadən xəbər verir ki, PSJ (Fransa) doğma divarlar arasında “Leyptsiq”i (Almaniya) qonaq edib. Matç meydan sahiblərinin 3:2 qələbəsi ilə başa çatıb.

Messinin dubl etdiyi oyunda azyaşlı PSJ azarkeşinin açdığı pankart xüsusi diqqət çəkib. “Messi, sən mənə formanı ver, mən də sənə anamı” yazılan bu pankart dünyanın aparıcı idman nəşrlərinin diqqətindən yayınmayıb.

Bu da həmin anlar:

Xatırladaq ki, 3 oyundan sonra PSJ 7 xalla birinci, “Mançester Siti” 6 xalla ikinci, “Brügge” 4 xalla üçüncü, “Leyptsiq” isə yenə xal üzünə həsrət qalaraq sonuncu yeri bölüşür.