Kino dünyasının ən parlaq ulduzlarından biri gözəlliyi ilə dillərə dastan olan Ancelina Coli 6 uşaq anasıdır. Bu uşaqlardan üçü onun öz doğma balası, üçü isə dünyanın müxtəlif ölkələrindən götürdüyü övladlıqlardır. Uşaqlarının atası dünya şöhrətli aktyor Bred Pittdir.
Bu ailə ilə maraqlanan hər kəsi bir sual həmişə düşündürüb. Ancelina bütün övladlarına eyni münasibət bəsləyirmi, doğma övladlarını digərlərindən ayırırmı? Ulduz ana bu sualları cavablandırıb.
7Times.az xarici mediaya istinadən Ancelina Colinin övladlar ilə bağlı verdiyi açıqlamanı təqdim edir.
Aktrisa qeyd edib ki, boşanma ərəfəsində olarkən uşaqların hamiliyini almaq uğrunda keçmiş əri ilə xeyli gərginlik yaşayıb.
O, övladlığa götürdüyü uşaqları ilə daha çox zaman keçirməyə çalışdığını söyləyib.
“Çünki onlar çox böyük çətinliklərdən keçiblər, dəfələrlə ölümlə üz-üzə qalıblar. Mən bu uşaqlara yaşadıqları acı keçmişi unutdurmağa çalışıram. Öz uşaqlarımı təbii ki, sevirəm. Lakin onların yer üzünün digər uşaqlarından bəxtləri daha çox gətirib. İki məşhur insanın, zəngin ailənin övladları olaraq doğulublar. Övladlıqlarımla münasibətdə daha diqqətli, daha incə yanaşma tətbiq edirəm”,- deyə aktrisa bildirib.
Follow @7timesaz