“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Barselona”ya evdə böyük hesablı məğlubiyyəti (0:4) şərh edib.
7Times.az xəbər verir ki, “Madrid Xtra” Ançelottinin fikirlərini belə çatdırıb:
“Bu, ağrılı bir zərbədir, çətin andır. Amma biz təslim olmayacağıq – mövsüm uzundur. Hansı səhvə yol verdik? İlk yarını bəyəndim. “Barselona” qol vurana qədər yaxşı oynadıq. Bundan sonra ikinci qolu tez buraxdıq, buna görə də əvvəlki ruhumuzu itirdik”.
Şənbə günü keçirilən “El Klasiko”da bütün qollar fasilədən sonra vurulub. Robert Levandovski 54 və 56-cı dəqiqələrdə fərqlənib. Matçın sonlarına yaxın isə Lamin Yamal və Rafinya Dias madridlilərin qapısına yol tapıb.
Follow @7timesaz