“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi”.
OLAY yazır ki, bu sözləri sosial media hesabında aparıcı Ülvira Qarayeva yazıb.
“Mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş, demək, hər ay, illərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb”, – deyə, o, keçmiş iş yerini ittiham edib.