İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aqueronun İspaniyanın “Barselona” komandasına keçidi rəsmiləşib.
7times.az Kataloniya təmsilçisinin saytına istinadla xəbər verir ki, 32 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Barselona” Aqueroya 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Serxio Aquero klubla müqavilə imzaladıqdan sonra öz təəssüratlarını bölüşüb.
“Barselona” dünyanın ən yaxşı klubudur. Buna görə də, mənə elə gəlir ki, düzgün qərar qəbul etmişəm. Ümid edirəm ki, komandaya kömək edə biləcəyəm. Bura keçidim karyeramda irəliyə doğru bir addımdır. Mən çox xoşbəxtəm. Növbəti mövsüm mükafatlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, azarkeşlər mənim oyunumu izləməkdən zövq alacaqlar. “Barsa”ya görə oyun üslubumu da dəyişməyə hazıram. Təcrübəmlə komandaya yardımçı ola biləcəyimə əminəm”, – deyə futbolçu bildirib.
Follow @7timesaz