“Barselona”nın keçmiş hücumçusu Serxio Aquero klubdan üç milyon avro tələb edib.
7Times.az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.
Mənbə Kataloniya klubunun 2023/2024 maliyyə ili üçün hesabatına istinad edib.
Aquero ürək problemlərinə görə müqaviləni pozduqdan sonra “Barselona”nın ona bu məbləğdə borclu olduğunu iddia edir. İddia müvafiq prosedur üçün Sosial Məhkəməyə verilib.
Serxio Aquero “Barselona”nın heyətində cəmi 5 oyun keçirib. Argentinalı forvard bu görüşlərdə bir qol vurub.
Fanat.Az
Follow @7timesaz