Region

“Araik erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb və…” – Şok iddia

“Araik erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb və…” – Şok iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələri  Amaras monastır kompleksinə doğru irəliləyərək həm monastıra nəzarəti ələ keçirməyə, həm də mövqelərini irəli çəkməyə çalışıb. Lakin Rusiya sülhməramlı qüvvələri dərhal hadisə yerinə gələrək azərbaycanlıları əvvəlki mövqelərinə çəkilməyə vadar etməklə bu hərəkətlərin qarşısı alınıb”. 

7times.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Past” qəzeti yazır.

Daha sonra erməni nəşri bildirir ki, Azərbaycan hərbçiləri Amaras məbədi üzərindən separatçı-terrorçu rejimin əski parçasını  çıxarmağı tələb etdikləri üçün  məsələ bununla həllini tapmayıb.

Nəşrin mənbələrinə görə, Xankəndidə separatçı kriminal xuntanın başçısı Araik Arutyunyanın iqamətgahında bu mövzuda ciddi müzakirə aparılıb və söhbətin başlanğıcından Araik azərbaycanlıların tələbini nəyin bahasına olursa olsun yerinə yetirməyə razı olub. Həmçinin erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb. Bundan sonra əski parçası qədim Azərbaycan abidəsi üzərindən endirilib.

“Past” qəzeti  yazır ki, guya bundan sonra bir qrup erməni gənci “rəsmi”ilərin çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymadan yenidən separatçıların əski parçasını monastır kompleksinin damına sancıblar. “Ancaq Araik Arutyunyan buna kəskin şəkildə qarşı çıxıb və bu hərəkəti avantüra adlandırıb”- deyə erməni nəşrindəki xəbərin sonunda bildirilir./Moderator.az