Cəmiyyət

Araz Musayevin qanunsuz apartman tikintisi dayandırıldı – RƏSMİ

Araz Musayevin qanunsuz apartman tikintisi dayandırıldı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi. 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən 7times.az-a bildirilib ki, artıq məsələ öz həllini tapıb.

Belə ki, agentliyin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında  qanunsuz tikinti dayandırılıb.

Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi.