Türkiyə millisinin futbolçusu Arda Gülər növbəti dəfə diqqət mərkəzinə düşüb.
7Times.az xəbər verir ki, O, Niderland ilə Avro-2024-ün 1/4 final matçında (1:2) assist etməklə buna nail olub.
19 yaşlı yarımmüdafiəçi üçün bu, Avro-2024-də onun ikinci məhsuldar ötürmə olub. O, Avropa Çempionatları tarixində bir dən çox qol pası verən dördüncü gənc futbolçu olub.
1984-cü ildə belçikalı Enzo Şifo, 2004-cü ildə Kriştiano Ronaldo, Avro-2024-də isə ispaniyalı Lamin Yamal bunu bacarıb.
Follow @7timesaz