İdman

Arda Turan “Şaxtyor”da debütünü “Sabah”a qarşı edə bilər

Arda Turan “Şaxtyor”da debütünü “Sabah”a qarşı edə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə kubokunu qazanaraq tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Sabah” FK yeni mövsümdə beynəlxalq arenaya çıxmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, komandanı Avropa Liqasının birinci təsnifat mərhələsində ciddi rəqiblər gözləyir. UEFA-nın reqlamentinə əsasən, “Sabah” bu mərhələdə səpələnməmişlər səbətində yer alacaq. Rəqib kimi isə Avropa təcrübəsi ilə seçilən və müxtəlif ölkələri təmsil edən bu komandalarla qarşılaşmaq ehtimalı var:

• “Şaxtyor”

• “Legiya”

• “Partizan”

• “Şerif”

• ÇFR Kluj

• “Hapoel” (Beer-Şeva)

• “Çelye”

• “Spartak” Trnava

Bu rəqiblər arasında ən çox diqqət çəkəni isə şübhəsiz, Arda Turanın çalışdırdığı “Şaxtyor”dır. Türkiyənin futbol əfsanəsinin bu yaxın günlərdə təyin olunduğu Ukrayna klubu ilə duelin baş tutması, bölgədə futbol marağını daha da artıracaq.

Qeyd edək ki, püşkatma mərasimi iyunun 17-də keçiriləcək və bu zaman “Sabah”ın konkret rəqibi bəlli olacaq. İlk oyunlar iyulun ortalarında oynanacaq.