“Real Madrid” “Bornmut”un və İspaniya millisinin gənc mərkəz müdafiəçisi Din Höyseni heyətinə qatmaq niyyətindədir.
7Times.az xəbər verir ki, tanınmış jurnalist Fabritsio Romanonun “X” sosial şəbəkəsində verdiyi məlumata görə, “Real” artıq 20 yaşlı futbolçunun nümayəndələri ilə ilkin təmas qurub və oyunçunun özü də Madrid nəhənginə keçidi karyerası üçün prioritet seçim hesab edir.
Transferin baş tutması üçün “Kral klubu”nun futbolçunun “Bornmut”la olan müqaviləsindəki 59,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməsi tələb olunur. Məlumata görə, bu keçidin gerçəkləşməsi üçün zaman həlledici rol oynayacaq. Çünki Din Höysenin xidmətində “Arsenal”, “Çelsi” və “Liverpul” kimi İngiltərə nəhəngləri də maraqlıdır.
Follow @7timesaz