“Şərtlər, təbii ki, səfirliymizə qarşı terror aktının araşdırılması ilə bağlı İran tərəfininə nə dərəcə də səmimi addımlar atacağına bağlıdır…”
“Düzdü, Azərbaycan üçün İrandakı səfirliyin təxliyyə olunmasının əsas səbəbi məlum terrror aktıdır. Amma ikinci bir məsələ də var ki, o da səbəblərdən biri ola bilər… Məlumdur ki, artıq digər bir neçə ölkənin də səfirliyi Tehranı tərk ediblər. Və həmin siyahı da getdikcə artmaqdadır. Bu da onu göstərir ki, İranda vəziyyət getdikcə gərginləşir və demək olar ki, artıq hərbi əməliyyatlar gedir”.
Bu fikirləri 7Times.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib.
“Bunu artıq görməliyik… Yəni digər ölkələr kimi, Azərbaycan Respublikası diplomatik korpusunun da təhlükəsizliyi hərbi əməliyyatlar təhlükəsi baxımından da təmin olunmur. Və necə ki, Ukraynada müharibə başlamamışdan öncə səfirliklər Kiyevi tərk edirdi, indi də müxtəlif ölkə səfirlikləri İranı tərk edirlər… Yəni Azərbaycan səfirliyinin İrandan çıxarılmasında bu amilin də rolu ola bilər”- deyə davamında politoloq bildirib.
“Bəs genişmiqyaslı savaş başlamayacağı təqdirdə Azərbaycan dövləti Tehrandakı səfirliyinin fəaliyyətini hansı şərtlər altında bərpa edə bilər” – sualını isə keçmiş xarici işlər naziri belə cavablandırıb:
“Şərtlər, təbii ki, səfirliymizə qarşı terror aktının araşdırılması ilə bağlı İran tərəfininə nə dərəcə də səmimi addımlar atacağına bağlıdır. Yəni hadisəyə qarşı Azərbaycan ictimaiyyətinin ciddi reaksiyası da olub. Və istər-istəməz oradan gələn hansısa bəyanat və addımlar ictimai rəyi də nəzərə almalıdır. Bu baxımdam biz gözləməliyik. Misal üçün, əgər İran prezidenti Azərbaycan Prezidentinə zəng edibsə, bundan sonra İran mediasında da lazımi əks-səda olmalıydı. Amma biz bunu hələki görmədik. Biz hər bir addımı diqqətlə izləməli və buna uyğun adekvat addımlar atmalıyıq”.
7Times.az
Follow @7timesaz