Siyasət

Arutyunyanı Öcalanın taleyi gözləyir: Cəmi 65 km məsafə var

Arutyunyanı Öcalanın taleyi gözləyir: Cəmi 65 km məsafə varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 27-də qondarma “Qarabağ Arsax separatçılarının Milli Şurası”nın təcili sessiyası gözlənilir. Sessiyada antikonstitusion prezident Araik Arutyunyanın yeni tezisləri kollektiv dəstək qazanacaq.

Qarabağ separatçısı yerevanlı sülhsevərə qarşıdır?

Dekabrın 26-da Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın sülhpərvər bəyanatına qarşı çıxış edib. Belə ki, dekabrın 24-də Paşinyan deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşaması məsələsi mübahisə edilmir, “Dağlıq Qarabağ Muxtar Vilayəti isə heç vaxt sırf erməni ittifaqı sayılmayıb”.

Hələ bundan öncə Paşinyan prezident İ.Əliyev ilə görüşdən sonra Azərbaycan prezidentilə konstruktiv dialoq və sülh dövrünün başlanması barədə ermənilərə məlumat verib.

Paşinyanın Yerevanda verdiyi bəyanatlar “fırtına”ya səbəb olub. “Ermənistan” Milli Şurası fraksiyasından deputat Aram Vardevanyan baş nazirin çıxışını “beynəlxalq hüquqi fəlakət” adlandırıb.

Arutyunyan Paşinyanın çıxışına kəskin reaksiya verib. O, ermənilərin Azərbaycan dövlətində yaşamasının mümkünsüzlüyü barədə müharibədən öncəki şüarları, Qarabağın erməni hissəsinin müstəqilliyinin tanınması və ermənilərin Rusiya sülhməramlıları tərəfindən daim qorunmasını barədə tələbləri təkrarlayıb.

“Arsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bizim əsas vektorumuzdur və heç bir hakimiyyət ondan kənara çıxmağa yol verə bilməz. Deməli, Arsax xalqı və hakimiyyəti heç zaman və heç bir şeyə görə Azərbaycanın tərkibində hər hansır statusu tanımır”,- Arutyunyan deyib.

O, Paşinyanın Qarabağ ermənilərinin adından danışmaq hüququndan imtina edib: “Qarabağlıların öz müqəddəratını təyinetmə hüququnun tam şəkildə tanınması qeyd-şərtlərə və güzəştlərə söykənmir və Qarabağ sakinlərinin adından yalnız onun hakimiyyəti danışa bilər”.

Arutyunyan iki “referendum”un nəticəsindən imtina edib

Qarabağ separatçılarının tələblərinin yeni bəndi Arutyunyanın “Qarabağın ərazi bütövlüyü onun 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa olunmalıdır” sözləri olub. “Odur ki, ərazilərimiz ğaldan azad olunmalı, sakinlər isə doğma ocaqlarına qayıtmalıdırlar”, – Arutunyan qeyd edib.

2 sentyabr 1991-ci ildə Dağlıq Qarabağ vilayət və Şaumyan rayonu Xalq Deputatları sovetlərinin birgə sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və Azərbaycan SSR-in həmsərhəd Şaumyan rayonunun sərhədlərində “Dağlıq Qarabağ Respublikası” nın elan edilməsi haqqında qanunsuz bəyannamə qəbul edilib.

Bundan sonra, 26 noyabr 1991-ci ildə Azərbaycan SSR Ali Soveti DQMV-nin ləğvi haqda qərar qəbul edib. Azərbaycan Sovet Respublikasının Şaumyan rayonu isə xeyli əvvəl – 12 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ləğv edilərək Goranboy rayonunun tərkibinə daxil edilmişdi.

Arutyunyanın indi tələb etdiyi DQMV ərazisi 4400 km2 idi. Lakin 1993-cü ildə Ermənistan Birinci Qarabağ Müharibəsində qalib gələrək ermənilərin öz əraziləri hesab etdikləri Azərbaycan torpaqlarını  işğal etdi. 2006-cı ildə separatçılar qanunsuz “referendum” keçirərək  Dağlıq Qarabağ ətrafındakı bütün Azərbaycan rayonlarını-13 300 kv km. – “DQR” mülkiyyəti elan etdilər. 2017-ci ildə ikinci “referendum” keçirildi, bu ərazi yeni qondarma “Artsax” adı ilə qondarma “DQR”in mülkiyyəti təsdiqləndi.

2020-ci ilin payız müharibəsində Azərbaycan Ordusu işğal edilmiş ərazilərin böyük hissəsini azad etdi. Rusiyanın sülhməramlılarının nəzarəti altında keçmiş DQMV-də olduğundan az ərazi -3170 kv km. qalıb.

Deməli, 2021-ci il 26 dekabrdan baş separatçı Arutyunyan iki “referendum”un nəticələrini tanımaqdan imtina edib və indi onlara Şuşa, Hadrut və 2020 – ci ildə Azərbaycanın azad etdiyi digər rayonlar da daxil olmaqla, sovet Azərbaycanının Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin onlara verilməsini tələb edir.

Yerevanlı ictimai fəal və sülhpərvər İşxan Verdyan Arutyunyanın tələbləri ilə bağlı FB-də yazıb: “Arsax hökumətini” cinayətkar hesab edirəm”. Və nəticə etibarilə onların söylədikləri cəfəngiyyatı siyasi cəhətdən maraqlı hesab edə bilmərəm. Onlara bircə onu deyə bilərəm ki, özünüz üçün haqlı ola bilərsiniz, müstəqillik istəyirsiniz- gedin, nail olun, bayraq da əlinizdə, Bizdən əl çəkin”.

Erməni liderlərin oyunu, yoxsa Paşinyan kənara çəkildi?

Azərbaycan ictimaiyyətində Paşinyan və Arutyunyanın siyasi kursları arasında kardinal fikir ayrılığına dair müxtəlif versiyalar mövcuddur Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov Turan-a müsahibəsində baş verənləri iki cür şərh edib.

1. Bu, Paşinyanın oyunudur. Paşinyan-Arutyunyan münasibətləri öz yaxınlığı ilə seçilir və Arutyunyan Paşinyanın Qarabağdakı kreaturasıdır. Ermənistan hakimiyyəti tez-tez bu gedişə əl atıb: biz razıyıq, amma orada, Qarabağda razı deyillər. Və Arutyunyanın indiki bəyanatı primitiv gedişdir. Brüsseldən sonra Paşinyan Arutyunyanla görüşüb və yəqin ki, əsas mesajları verib. Beləliklə, Paşinyan danışıqlar mövqeyini möhkəmləndirməyə çalışır.

2. Paşinyan həqiqətən Qarabağ ermənilərini tərk etmək istəyir və qəsdən Zəngəzur dəhlizində postların qurulmasına gedir, başa düşür ki, Azərbaycan Laçın dəhlizini nəzarətə götürəcək və bununla da o, Ermənistan vətəndaşlarına izah edəcək ki, dəhliz mübahisəsində “qalib gəldi”, Sünik təslim edilmədi, Laçın dəhlizi isə Rusiyanın məsuliyyət zonasıdır, qoy,  o da məşğul olsun.

F.Məmmədov hesab edir ki, Paşinyan yalnız separatçılara maliyyə təzyiqi vasitələrini öz əlində saxlayır, çünki Ermənistan Qarabağ ermənilərinin ən böyük sponsorudur və hər ay onların mövcudluğuna 30 milyon dollar vəsait ayırır.

Ermənistanın ümid edə biləcəyi maksimum şey odur ki, Qarabağ ermənilərinin (məhz adamların, ərazilərin yox) taleyilə bağlı mümkün müzakirələrdə öz iştirakını hansısa yolla təmin etsin, Azərbaycan isə heç zaman buna getmir və getməyəcək.

Ermənistanın gələcək adımları onların hansı yolla getdiklərini göstərməlidir: Qarabağ ermənilərindən üz çevirirlər, yoxsa, sadəcə, öz rollarını pis səhnələşdirilmiş siyasi tamaşada oynayırlar.

F.Məmmədov güman edir ki, Paşinyan Qarabağ ermənilərini tamamən Rusiyaya təhvil verməyə hazırdır. “Bundan ötrü bütün öhdəlikləri Moskvanın üzərinə qoymaqla  separatçıların maliyyələşdirilməsini tədricən dayandırmaq olar. Rusiya üçün bunun əhəmiyyəti varmı, buna dəyərmi?”- analitik sual edir.

Əlavə edək ki, iki erməni siyasətçi Ermənistan prezidenti Serj Sarqsyanın dövründən qalma oyunu  bərpa ediblər: Ermənistan Azərbaycanla sülh istəyir, bizim Bakıya qarşı iddiamız yoxdur. Qoy, Azərbaycan Stepanakertlə danışıqlar aparsın. O zaman Bakı bu oyuna gəlmədi.

Arutyunyan – Öcalan

Əgər bizə yenidən bu oyunu təklif etsələr, prezident İ.Əliyev nə deyəcək? Hələlik rəsmi Bakı susur, Paşinyanın və onun Qarabağdakı kreaturası – separatizmin Azərbaycandan ayrılmağa qədər tutmuş, DQMV  sərhədlərində möhkəmləndirilməsi vəzifəsini bəyan edən Arutyunyanın bəyanatlarını şərh etmir. Paşinyan “kənara çəkildi”.

Bakı Baş Prokurorluğun Azərbaycanın dinc sakinlərinin kütləvi şəkildə qətli ittihamı ilə barəsində cinayət işi açdığı baş üsyankar separatçı ilə danışıqlar aparmağa razılıq verəcəkmi?

Azərbaycan cəmiyyətində türk komandosların “Uzun əllər” fenomenal əməliyyatını təkrarlamaqla bağlı Əliyevə tələblər səslənir. 15 fevral 1999-cu il tarixində gecə onlarla türk komandos Keniyada Yunanıstan səfiri Georq Kostulosun iqamətgahına daxil olmuşdu. Onlar iqamətgahda gizlənən kürd separatçıların lideri Abdullah Öcalanı həbs edərək, ağzını skotçla yapışdıraraq hərbi təyyarə ilə Afrikadan Türkiyəyə aparmışdılar. Təyyarədə Öcalan türklərə sevgisini izhar edirmiş, deyirmiş ki, anası türkdür. O vaxtdan İmralı adasındakı həbsxanada ömürlük cəza çəkir.

Ötən həftə Qarabağın Hadrut şəhərində prezident İ.Əliyev təntənəli şəkildə azərbaycanlı komandosların hərbi bazasını açıb. Hadrut və Arutyunyanın iqamətgahı arasında cəmi 65 km. var…

Turan