Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin sözçüsü Paula Pinyo bildirib.
“Biz bu gün təsdiq edə bilərik ki, komissiya Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Söhbət 19-cu paketdən gedir”, – o deyib.
P.Pinyo həmçinin qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və xarici işlər üzrə ali nümayəndə Kaya Kallas bu gün yeni sanksiyalar paketi ilə bağlı bəyanatla çıxış edəcək.