Bilbao “Atletik”i baş məşqçisi Ernesto Valverde ilə müqavilə yeniləyib.
7Times.az xəbər verir ki, informasiyanı La Liqa təmsilçisinin rəsmi saytı yayıb.
61 yaşlı mütəxəssis müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Bu isə o deməkdir ki, sözügedən çalışdırıcı “basklar”ın çalışdırıcısı qismində 10-cu ilini keçirəcək.
O, daha öncə 2003-2005 və 2013-2017-ci illər aralığında da “Atletik”ə rəhbərlik edib.
Qeyd edək ki, La Liqanın turnir cədvəlində 70 xalla 4-cü pillədə qərarlaşan “Atletik” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.
Follow @7timesaz