2024-cü ilin avqust ayının bürc proqnozu açıqlanıb.
7Times.az xəbər verir ki, avqust bizə romantika vəd edir. Bu ay bir çox bürc şəxsi münasibətlərdə yeni üfiqlər kəşf edəcək.
Qoç, avqust ayında sizi romantik macəralar gözləyir. Həyat həm subay, həm də evli qoçlara sevgi və sevinc bəxş edəcək. Romantik axşam keçirmək və ya səyahətə çıxmaq fürsətini qaçırmayın.
Buğa, avqust ayında demək olar ki, bütün münaqişələr sona çatcaq. Ailədə mühüm hadisə gözlənilir. Subay buğalar yeni tanışlıqlar zamanı daha diqqətli olmalıdırlar.
Avqust Əkizlər bürcündə bəzi duyğuları oyandıracaq. Partnyorunuzla sevgi və ehtirasla dolu bir ay yaşayacaqsınız. Ulduzlar sizə hər cəhətdən harmonik ay vəd edir.
Xərçənglər üçün yayın son ay sevgi və münasibətlər baxımından uğurlu olacaq. Mübahisələrdən, mənasız cəhdlərdən çəkinin, bu, yalnız fikir ayrılıqlarına səbəb olacaq.
Avqust ayında Şirləri şəxsi həyatına əhəmiyyətli dərəcədə təsir edə biləcək parlaq emosiyalar və görüşlər gözləyir. Bu ay yeni romantik təşəbbüslər üçün əlverişlidir. Yeni münasibətlərə açıq olun. Ancaq bir o qədər də diqqətli olun.
Qız bürcləri, avqust ayında partnyorunuzdan nə qədər asılı olduğunuzu hiss edəcəksiniz ki, bu stressə səbəb ola bilər. Vəziyyəti sakit qəbul etməyi öyrənin, tərəfdaşınıza sərbəstlik verin və bunun müqabilində daha çox şey əldə edin. Dəyişiklikləri qəbul edin, onlar inkişaf üçün yeni imkanlar və perspektivlər gətirir.
Avqust Tərəzi üçün romantik təcrübələr ayı olacağını vəd edir. Münasibətləriniz daha sıx olacaq. Əgər subaysınızsa, şəxsi həyatınıza təsir edəcək insanla tanış ola bilərsiniz. İstəklərinizlə bağlı açıq və dürüst olmağa çalışın.
Əqrəblər üçün avqust ayı münasibətlərdə çətinliklər gətirə bilər. Sakit qalmaq və tələsik qərarlardan qaçmaq vacibdir. Gələcək haqqında danışmaq, inam yaratmaq vaxtıdır. Subay Əqrəblər üçün yeni münasibətlər olar bilər.
Avqust Oxatanlara yeni romantik fürsətlər gətirəcək. Enerjiniz və nikbinliyinizlə insanları cəlb edəcəksiniz. Təşəbbüskar olmaqdan qorxmayın, bu, maraqlı və mənalı münasibətlərə səbəb ola bilər.
Avqust oğlaqlara münasibətləri dərinləşdirmək şansı verəcək. Bu ay birgə planların və uzunmüddətli hədəflərin yenidən müzakirəsi üçün uyğundur. Subay Oğlaqlar üçün yeni insanların əhatəsində daha çox vaxt keçirmək tövsiyə olunur.
Avqust Dolçalara şəxsi həyatlarında canlanma gətirəcək. Yeni tanışlıqlara daha açıq olacaqsınız və maraqlı şəxslərlə asanlıqla ortaq dil tapacaqsınız. Özünüzə açıq olmağa icazə versəniz, hazırki münasibətləriniz növbəti səviyyəyə çata bilər.
Ulduzlar Balıqlara romantik macəralarla dolu bir ay vəd edir. Hisslərinizi izləməli və ifadə etməkdən çəkinməməlisiniz. Ola bilsin ki, özəl biri həyatınıza əhəmiyyətli dərəcədə təsir edəcək.
BAKU.WS
Follow @7timesaz