Ölkə

Avqustda banklar dollar alışını kəskin artırıb – STATİSTİKA

Avqustda banklar dollar alışını kəskin artırıb – STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı tərəfindən avqustda keçirilən valyuta hərraclarında xarici valyutaya tələbin xeyli artması müşahidə edilib. Əvvəlki aylarda xarici valyuta alışını azaldan banklar avqustda tələbi 2 dəfəyə yaxın artırıb.

7Times.az  Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, avqustda 9 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 440,6 milyon dollar dəyərində xarici valyuta alınıb.

Qeyd edək ki, burada xarici valyuta dedikdə, əsasən ABŞ dolları nəzərdə tutulur.

Hərraclarda iyulda dollar alışı 212,3 milyon, iyunda 278,1 milyon, mayda 288 milyon, apreldə isə 548,7 milyon olmuşdu.

Göründüyü kimi, avqusta qədər keçən 3 ay ərzində dollara tələb xeyli zəifləmişdi. Avqustda tələbin artması idxal mallarının dəyərinin artması, xaricə turist səfərlərinin artması, eyni zamanda digər xarici ödənişlərin həcminin artması ilə bağlı ola bilər.

Ümumilikdə, avqustda dollar alışının artmasına baxmayaraq, xarici valyutaya tələb hələ də zəifdir.