İdman

AVRO-2020: İspaniya yarımfinala yüksəldi

AVRO-2020: İspaniya yarımfinala yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib.

7times.az xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i artıq başa çatıb. Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn İspaniya yarımfinala yüksəlib.

Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.

Avro-2020, 1/4 final

2 iyul

20:00. İsveçrə – İspaniya – 1:1 (Penaltilər seriyası – 1:3)
Qollar:
 Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, “Sankt-Peterburq Arena”

Penaltilər  

İspaniya: 3
İsveçrə  : 1