Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda III turun Gürcüstan – Portuqaliya matçının (2:0) ən yaxşı futbolçusu müəyyənləşib.
7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
O, 2-ci dəqiqədə hesabı açıb.
Qeyd edək ki, Gürcüstan yığması ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala adlayıb.
Follow @7timesaz