Rusiyanın Ukraynaya hərbi təcavüzü davam etdiyi dövrdə, Avropa İttifaqı 350 milyon avroluq qalmaqalla çalxalanır. 2014-cü ildə Aİ-nin Rusiyaya silah embarqosu tətbiq etməsinə baxmayaraq, başda Almaniya və Fransadan olmaqla Moskvaya silah satışının davam etdiyi illər sonra üzə çıxıb.
2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq edən Rusiyaya qarşı silah embarqosu qərarı verən Aİ ölkələri Moskvaya satışını qadağan etmişdi. Lakin başda Almaniya və Fransa olmaqla bəzi Aİ ölkələrinin bu qadağadakı boşluqdan istifadə edərək silah satışını davam etdirdiyi ortaya çıxıb. 2014-cü ildən sonra ən azı 10 Aİ üzvü olan ölkə Moskvaya 350 milyon avro dəyərində silah satıb.
Follow @7timesaz
Alman və fransız şirkətləri baş rolda
İngiltərənin “The Telegraph” qəzetinin xəbərinə görə, bu satışın 78 faizi Almaniya və Fransa şirkətləri tərəfindən edilib.
Xəbərdə qeyd edilir ki, Rusiyaya satılan silahlar arasında bomba və raketlər də yer alıb. Bu silahların Rusiyanın Ukraynaya hücumunda istifadə edilməsi güman olunur.
Almaniyanı qarışdıran iddia
Almaniyanın “Bild” qəzeti isə Ukraynaya göndərilməsi təsdiqlənmiş ağır silahların kansler Olaf Şoltsun ofisi tərəfindən siyahıdan çıxarıldığını və təsdiq edilmiş inventarın daha əvvəl söz verildiyi kimi 1 milyard avro deyil, yalnız 307 milyon avro olduğunu yazıb.
Qəzetin xəbəri ölkədə böyük əks-səda doğurub, kansler həm müxalifətdən, həm də öz partiyasından sərt tənqidlər alıb.
Görünməmiş təcrid
Olaf Şolts bir neçə gün əvvəl Donbasın müdafiəsi üçün yaradılmış beynəlxalq koalisiyaya qoşulmaqdan imtina etmişdi və Almaniyanın maddi yardım göstərməyə hazır olduğunu, lakin hələlik Kiyevə tank və zirehli hərbi personal göndərməyə hazır olmadığını bildirmişdi.
Müxalifətdəki alman siyasətçiləri kansleri mövqeyini tənqid edərək, “Almaniya əvvəllər heç vaxt beynəlxalq böhranlar zamanı bu qədər təcrid olunmuş vəziyyətdə və reaksiyasız qalmamışdı” deyib.
“Bild” qəzeti ötən həftələrdə kansler Şoltsun Kiyev həssaslığına diqqət çəkmişdi. Bildirilirdi ki, Kiyevə səfər etmək istəyən Yaşıllar Partiyasının üzvləri kanslerin “təzyiqləri” və “gecikdirmə taktikası” ilə üzləşiblər.
Hələlik Ukrayna paytaxtına getməyən Şoltsun bu səfərlərin Almaniyanın Rusiya ilə danışıqlarda mövqeyini zəiflədə biləcəyindən narahat olduğu iddia edilirdi.
Kuleba Almaniya və Fransanı ittiham edir: “Əvəzini biz ödəyirik”
Bu arada, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Almaniya və Fransanın 2008-ci ildə NATO daxilində Ukrayna ilə bağlı verdiyi qərarın səhv olduğunu bildirən bildirib:
“2008-ci ildə Almaniya və Fransanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməməsi strateji səhv idi. Əgər biz NATO üzvü olsaydıq, bu müharibə başlamazdı. Bu səhvin əvəzini Almaniya və Fransa yox, biz ödəyirik”.