Manşet

Avropa çalxalanır: Putin bombardmançı təyyarələri Belarusa göndərdi – Sərhəddə atəş səsləri… / FOTOLAR

Avropa çalxalanır: Putin bombardmançı təyyarələri Belarusa göndərdi – Sərhəddə atəş səsləri… / FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı vaxtda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarə göndərib.

Məlumata görə, iki rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir. Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayıb. İddialara görə, Belarus hərbçiləri qaçqınları qarşı tərəfə keçməyə təhrik etmək üçün silahdan istifadə edib. Yüzlərlə qaçqın müxtəlif yollardan istifadə edərək Avropa Birliyinin sərhədi sayılan Polşaya keçmək cəhdi Avropanı hərəkətə keçirib. Avropalı nümayəndələr Varşavada təcili toplantı keçirəcək.

Qeyd edək ki, Avropa tərəfi gərginliyə görə Vladimir Putini ittiham edir. Onlar iddia edir ki, Putin bu yolla Avropanı xaosa sürükləməyə çalışır./metbuat.az