Avropa İttifaqı Türkiyəyə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 400 milyon avro maliyyə yardımı ayıracaq.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliya və Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 454,8 milyon avro ayırmaq təklifini qəbul edib. Yardım Aİ-nin 2023-cü il büdcəsindən gələcək.
“2022-ci ildə şiddətli quraqlığın baş verdiyi Rumınyaya 33,9 milyon avro, 2022-ci ilin sentyabrında intensiv yağışlar səbəbindən sel və daşqınlarla üzləşən İtaliyaya 20,9 milyon avro, 2023-cü ilin fevralında zəlzələ fəlakəti yaşayan Türkiyəyə isə 400 milyon avro yardım göstəriləcək”,-məlumatda əks olunub.
Follow @7timesaz