Avropa dövlət başçıları Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ukrayna üzrə keçirdiyi təcili sammitdə mübahisə ediblər.
7Times.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfi ilə sülh danışıqlarına vahid mövqe nail olmaq məqsədi daşıyan təcili görüşdə Avropa ölkələrinin liderləri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı münaqişə yaranıb”, – məlumatda qeyd olunub.
Məqalədə bildirilib ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə qarşı çıxıblar.
Qeyd edək ki, Makronun təşəbbüsü ilə bazar ertəsi Parisdə bir sıra Avropa liderlərinin ABŞ-nin mövqeyi, o cümlədən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son danışıqlar fonunda Ukrayna və Avropada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün qeyri-rəsmi sammiti keçirilib.
Sfera.az
Follow @7timesaz