Siyasət

Avstriya Prezidenti İlham Əliyevi təbrik etdi

Avstriya Prezidenti İlham Əliyevi təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

7times.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.