Ölkə

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıb

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə indiyədək 28 milyard manat investisiya yatırılıb”.

7Times.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

Komitə sədri regionların inkişafı və aqrar sektorun dəstəklənməsinin qarşıdakı illərdə iqtisadi siyasətin mühüm istiqamətlərindən olacağını qeyd edib.

O, həmçinin 2027–2030-cu illərdə Azərbaycan iqtisadiyyatına 108,8 milyard manat investisiya qoyulmasının nəzərdə tutulduğunu xatırladıb.