Ölkə

Azad edilmiş ərazilərin bərpası üçün büdcədən bu qədər vəsait ayrılacaq – Nazir

Azad edilmiş ərazilərin bərpası üçün büdcədən bu qədər vəsait ayrılacaq – Nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq.

 

7Times.az -ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır.

 

“İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir” – deyə nazir əlavə edib.