Ötən gecə Avro-2020-nin açılış oyunu start götürdü. Sözügedən qarşılaşma İtaliya və Türkiyə milliləri arasında baş tutub.
Ancaq bu oyunun keçirildiyi Romanın “Olimpiko” stadionuna Azərbaycan bayraqları ilə daxil olmaq istəyən bir qrup həmyerlimiz “sürpriz”lə üzləşib. Belə ki, arenaya yalnız Türkiyə və İtaliya bayraqlarının daxil edilməsinə icazə verilib və digər bayraqlar stadionun giriş hissəsində saxlanılıb.
7times.az xəbər verir ki, “Milli dəstə” azarkeş qrupunun rəhbəri Şamil Mustafayev Offisideplus.az-a açıqlamasında bunun UEFA-nın təhlükəsizlik qərarı ilə bağlı olduğunu deyib:
“Bu oyunda ancaq Türkiyənin və İtaliyanın bayraqlarını dalğalandırmağa icazə vardı. Bu, UEFA-nın qəbul etdiyi təhlükəsizlik qərarı ilə bağlıdır. Biz bayrağımızı stadiona keçirmək istəsək də alınmadı. Ancaq dövlət atributumuzu çöldə təhlükəsiz yerə qoymağımızı da təmin etdilər”.
Follow @7timesaz