Ölkə

Azərbaycan bazarında bu məhsulun ucuzlaşacağı gözlənilir – Digər mallara təsiri olacaq

Azərbaycan bazarında bu məhsulun ucuzlaşacağı gözlənilir – Digər mallara təsiri olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ birjasında taxta qiymətlərində sürətli enmə müşahidə edilir. Taxta qiymətlərində enmə 2022-ci ilin fevralından başlayıb və ötən müddətdə 2,4 dəfə ucuzlaşma qeydə alınıb.

Sfera.az xatırladır ki, fevralın sonunda 1 board foot taxtanın qiyməti 1450 dollar olduğu halda hazırda 598 dollardır.

Məlumat üçün bildirək ki, 1 board foot ABŞ və Kanadada taxta-şalban həcminin ölçü vahididir. Bu, bir fut (305 mm) uzunluğunda, bir fut enində və bir düym (25,4 mm) qalınlığında bir taxtanın həcminə bərabərdir. Bu ölçü ilə 1 board foot 2,36 kub metrlə və ya 1 kub metr 0,4237 board footla eynidir.

Metrik sistemlə hesabladıqda bu ilin fevralın sonunda 1 kub metr taxtanın qiyməti 614,4 dollardan 253 dollara qədər enib.

Hazırda ABŞ birjalarında formalaşan qiymətlər iyulun 22-ci üçün bağlanan müqavilələrdə keçərlidir.

Adətən ABŞ-da taxta qiymətlərindəki dəyişiklik tədricən digər bazarlardakı, o cümlədən Rusiyadakı qiymətlərə də təsir göstərir. Azərbaycan taxtanın əsas hissəsini Rusiyadan idxal edir. İdxal edilən taxtanın dəyəri yanvarda 255 dollar olduğu halda birinci rübün sonunda 240 dollara enib.

Lakin daxili bazarda taxtanın dəyəri hələlik düşmür. Yanvarda kubu 444 manat olan kəsilmiş taxtanın qiyməti aprelin sonunda 481 dollara qədər artıb. Taxtanın bahalaşmasına köhnə qiymətlərlə idxal edilən malların hələ satılmaması və yaz-yay mövsümündə tikinti işlərinin həcminin artması da təsir edir.

Böyük ehtimalla qarşıdakı aylarda Rusiyadan idxal edilən taxtalar ucuzlaşdıqca Azərbaycan bazarında da taxta qiymətlərinin enməsinin şahidi olacağıq.

Qeyd edək ki, taxtanın qiyməti tikinti materiallarının və mebellərin qiymətinə güclü təsir imkanına sahibdir. Əgər taxta qiymətlərində enmə davam edərsə, tikinti materialları və mebellər də tədricən ucuzlaşacaq.