Ölkə

Azərbaycan futbolunda yeni “oyun alveri” qalmaqalı

Azərbaycan futbolunda yeni “oyun alveri” qalmaqalıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə futbolunda yeni qalmaqal baş verir. 

7Times.az  xəbər verir ki, “Mingəçevir”in adı oyun alğı-satqısında hallanır.

Məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Artıq bir neçə futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin istintaq müddəti bitmədiyi üçün həmin şəxslərin adlarını açıqlamırıq.

Məsələ ilə bağlı klub rəsmiləri açıqlama vermək istəmir.

Ümumiyyətlə, proses 3 ayı əhatə edir. “Mingəçevir”dəki bəzi oyunçular sentyabrdan bəri oyunların nəticələrinin manipulyasiya edilməsində iştirak edirlər.

Klub rəhbərliyinə bu məsələ ilə bağlı xəbərdarlıq edilib. Lakin qeyri-peşəkarlar tərəfindən idarə olunan “Mingəçevir”də “qara işlər” davam edib. Çünki klub rəhbərliyinin vecsizliyi işlərin daha da pisləşməsinə səbəb olub. UEFA-dan AFFA-ya gələn xəbərdarlıqdan sonra məsələyə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib.

Maraq üçün bildirək ki, I Liqada qara-qura işlərlə tək məşğul olan “Mingəçevir” deyil. İstintaq davam edir. AFFA-nın rəsmi qərarları açıqlanandan sonra bir çox şeylərə aydınlıq gələcək.

Offsideplus.az