Ölkə

Azərbaycan klubu dünya reytinqində 127 pillə irəlilədi

Azərbaycan klubu dünya reytinqində 127 pillə irəlilədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İFFHS klubların növbəti reytinqini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 505 komandası yer alıb.

Ölkəmiz burada 4 kollektivlə təmsil olunub. “Qarabağ” 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.

“Zirə” böyük sıçrayışa imza atıb. Qəsəbə təmsilçisi 127 pillə irəliləyib. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 60,75 xalla 384-cüdür.

“Neftçi” 59,25 əmsalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.

58,25 xala malik “Sabah” 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.