21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri bəlli olub.
7Times.az xəbər verir ki, komandanın oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq.
Qeyd edək ki, U-21 oktyabrın 8-də Finlandiyanı, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək. Komanda sentyabrın 2-də Xorvatiyanın, beş gün sonra isə Avstriyanın qonağı olacaq.
Follow @7timesaz