“Ümumiyyətlə, sülhməramlı missiyanın əsas məqsədi ondan ibarətdir ki, iki münaqişə edən tərəfin arasında olsun. Heç bir tərəfi birmənalı şəkildə dəstəkləmədən hərbi qarşıdurmanın qarşısını alsın, eyni zamanda nəzarət etdikləri əarzilərdə silah-sursatdan istifadə olunamsına imkan verməsin”.
Bu fikirləri “7Times.az”a açıqlamasında deputati, politoloq Arzu Nağıyev deyib.
Qarabağda olan Rusiya sülhməramlı qüvvələrin BMT-nin və özlərinin mandatına uyğun olmayan addımlar atdıqlarını xatırladan deputat bildirib ki, Azərbaycan ərazilərinə texnikaların keçirilməsi, İran vətəndaşlarının qanunsuz yollarla gəlişi sülhməramlıların ziyanlı mərama xidmət etdiklərini göstərir:
“Sülhməramlı kontingentin komandanı Volkov da etiraf etdi ki, onlar gəlib-gedişə güclü nəzarət edə bilmilər və buna görə də mini gömrük postları qurulacaq. Gorus-Xankəndi yolundan keçən ərazidə müasir qurğulardan istifadə edərək, avtomobillərin yoxlanılmasını Azərbaycan tərəfi ilə birgə həyata keçirmək lazımdır. Bu çox mühüm məsələdir. Məhz Azərbaycan tərəfinin ciddi təkidlərindən, eyni zamanda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin məlumatlarından sonra mütləq şəkildə bu nəticə əldə olundu. Azərbaycan tərəfi sülhməramlıların missiyalarını düzgün yerinə yetirməsi üçün istər gömrük postunda, istərsə də müvafiq hüquq-mühafizə orqanlarının iştirakı ilə işlər aparacaq. Həmin o yolun nəzarətində Azərbaycan nümayəndələri də də mütləq iştirak etməlidir. Artıq bu məqam tam yetişib”.
Follow @7timesaz