Münaqişə

Azərbaycan Ordusu irəlilədikcə çaxnaşma düşürdü – Babayan

Azərbaycan Ordusu irəlilədikcə çaxnaşma düşürdü – Babayanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib.

7times.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu qondarma rejimin “təhlükəsizlik şurasının katibi” və “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan erməni mediasına verdiyi açıqlamada deyib. O həmçinin qeyd edib ki, Azərbaycan hərbçiləri irəlilədikcə Ermənistan ordusunda çaxnaşma, qarışıqlıq baş alıb gedib:

“Ordumuz görəndə ki, düşmənə təzyiq göstərə, hücumunun qarşısını alıb yerində oturda bilmir, o zaman hərbçilərdə qorxu yaranaraq çaxnaşma baş qaldırırdı”.

Samvel Babayan qondarma rejimin “Müdafiə Ordusu”nun keçmiş komandanı olmuş Cəlal Arutyunyanın 19 yaşlı əsgərlərə leytenant rütbəsi verməsini anormal hal sayıb:

“Qaçanlar da var idi. Cəlal Arutyunyan 19 yaşlı uşağı tağım komandiri təyin etmək üçün ona leytenant rütbəsi vermək məcburiyyətində qalmışdı”.