Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.
7Times.az xəbər verir ki, komandamız oyunları 14 qızıl, 1 gümüş və 4 bürünclə bitirib.
Hazırda yığmamız ümumi hesabda 9-cu yerdə qərarlaşıb. Lakin sonda hansı pillədə olacağımız yarışlar tam başa çatdıqdan sonra müəyyənləşəcək.
Ümumilikdə Paralimpiya Oyunlarında 34 idmançımız yarışıb.
Follow @7timesaz