İdman

Azərbaycan üçüncü qızıl medalı qazandı – Yenilənib

Azərbaycan üçüncü qızıl medalı qazandı – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. 

7Times.az  xəbər verir ki, paracüdoçumuz Şahanə Hacıyeva oyunlarda final görüşünə çıxıb. Çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşan həmyerlimiz qələbə qazanıb.

image-vuqar

48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız paralimpiya çempionu olub.

Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb. Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.

***

Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb.