“İqtisadi əlaqələrin inkişafında ölkələrimizin potensialı çox böyükdür”.
7times.az xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün keçirilən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 52-ci plenar iclasında bildirib.
“Azərbaycan Prezidentinin Azərbaycan – Rusiya münasibətlərinin səviyyəsini müttəfiq ölkələr səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq. Pandemiyanın qarşılıqlı ticarətə təsir göstərməsinə baxmayaraq, iqtisadiyyatımız və investisiyalarımız yaxşı inkişaf edir. İqtisadi əlaqələrin inkişafında ölkələrimizin potensialı çox böyükdür”,- deyə Matviyenko qeyd edib.
Follow @7timesaz