Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
7times.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Yunus Bekmurzayevla qarşılaşıb.
Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.
oxu.az
Follow @7timesaz