81 kq dərəcəsində yarışan Azərbaycan boksçusu Alfonso Dominges bu gün Tokio-2020-də 1/4 final döyüşünə çıxıb.
7Times.az xəbər verir ki, o, Türkiyə idmançısı Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə qalib gələn (5:0) Dominges yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, bu gün +78 çəkidə yarışan qadın cüdoçumuz İrina Kindzerskanın 3-cü yeri tutub.
Follow @7timesaz