Ölkə

Azərbaycan-Türkiyə birgə təlimləri: Yenidən müharibə başlayır?

Azərbaycan-Türkiyə birgə təlimləri: Yenidən müharibə başlayır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan ordusu təlimləri intensiv şəkildə davam etdirir. Yanvarın 6-da Əlahiddə Ümumqoşun Ordusunda da taktiki-xüsusi təlim keçirib. Bununla yanaşı, yaxın vaxtlarda Azərbaycan-Türkiyə silahlı qüvvələrinin yeni birgə təlimləri gözlənilir. “Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”, “Qış təlimi – 2022” beynəlxalq təlimlərində də hərbçilərimiz tirak edəcək.

Azərbaycan Ordusunun tez-tez təlimlərdə iştirakı nəyin siqnalıdır: Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması, yoxsa Üçüncü Qarabağ müharibəsi?

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev bildirib ki, bu tip təlimlər Müdafiə Nazirliyinin illik planına uyğun keçirilir:

“Daxili təlimlərin öz qrafiki olduğu kimi, beynəlxalq təlimlər də müvafiq qrafiklə baş tutur. Bu il Türkiyə və Pakistan hərbçiləriylə hərbi təlimlərin keçirilməsi də gözlənilir. Xatırladım ki, keçən il həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə silahlı qüvvələrinin 7 təlim keçirilib.

Bu il keçiriləcək təlimlərin də, əslində, iki məqsədi var: Türkiyə və Azərbaycan hərbçilərinin birgə hərəkət edə biləcək hala gətirmə; ikincisi, Azərbaycan və Türkiyəyə qarşı yarana biləcək hər hansı təhdidə qarşı birgə hazırlıq”.

E.Şıxəliyev Ermənistanın Azərbaycana qarşı mümükün hərbi təhdidlərini də istisna etməyib:

“Rəsmi İrəvanla sülh sazişi imzalanmadığına görə Azərbaycana qarşı istənilən halda müharibə təhlükəsi qalır. Geniş miqyaslı hərbi hərəkətlər olmasa da, lokal konfkliktlər mümükündür. Çünki Qarabağdakı separatçıların revanşist bəyanatları bitmək bilmir.

Başqa bir məsələ sərhəd toqquşmaları və Zəngəzur dəhlizi ilə bağlı proseslərdir ki, bunu da təlimlərin məqsədi hesab edirəm. Bu, sülhə məcburetmə tədbirləridir. Yəni Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini tanınmadıqca, üçtərəfli bəyanatın müddəaları yerinə gətirmədikcə, ordu təlimləri istənilən təcavüz hərəkətlərinə cavab vermə qabiliyyətinin nümayişi olacaq”.

“Görünən odur ki, il ərzində təkcə Türkiyə ilə yox, eləcə də strateji tərəfdaşlarımızla bu tip təlimlər keçiriləcək. Nəticə etibarilə, mesajımız budur: bölgədə sülhün təminatına qaranat olmayacaqsa, silahlı qüvvələrimizin döyüş hazırlığı hər zaman yüksək olacaq”, – deyə mütəxəssis yekunlaşdırıb.

Azərbaycan-Türkiyə birgə təlimləri:  Yenidən müharibə başlayır?