Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub.
7times.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.
Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi “Astana”nın Belarus “Dinamo” (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.
Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq “Molde” və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. “Sileks” isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
Report.az
Follow @7timesaz