Ölkə

Azərbaycan və Macarıstan enerji əməkdaşlığını MÜZAKİRƏ ETDİ

Azərbaycan və Macarıstan enerji əməkdaşlığını MÜZAKİRƏ ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Macarıstanın arasında ikitərəfli və regional səviyyəli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.

 

7Times.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir bildirib ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb: “Yaşıl enerji dəhlizi üzrə Birgə Müəssisənin gələcək fəaliyyətini, neft-qaz layihələri və qaz tədarükü üzrə əməkdaşlığımızın cari vəziyyətini və perspektivləri nəzərdən keçirdik”.