Ölkə

Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb

Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 100-ə yaxın ölkə ilə viza tələbindən azad edilməsi barədə saziş imzalayıb.

Bunu Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in müzakirəsi zaman deyib.

O qeyd edib ki, burada söhbət həm ümumvətəndaş, həm də rəsmi və xidməti pasporta malik olan şəxslərdən gedir. S.Seyidov bildirib ki, hazırda ümumvətəndaş pastportuna malik olan Azərbaycan vətəndaşları 22 ölkəyə sərbəst gedib-gələ bilər.